00:00:00
Yazar
Nərmin Həşimova
21.10.2026 20:31 12 1 dəq oxuma
Dünya

Mask “Tesla” və “SpaceX” şirkətlərini birləşdirməyi planlaşdırır

Mask “Tesla” və “SpaceX” şirkətlərini birləşdirməyi planlaşdırır

Amerikalı milyarder İlon Mask “Tesla” və “SpaceX” şirkətlərini birləşdirməyi nəzərdən keçirir. Mümkün razılaşmanı qiymətləndirmək üçün hər iki şirkətdə xüsusi komitələr yaradılsa da, hələlik yekun qərar verib.

 “Tesla”nın bazar dəyəri təxminən 1,5 trilyon dollar, “SpaceX”in dəyəri isə 2 trilyon dollar qiymətləndirilir. Birləşmə baş tutarsa, bu, tarixdə ən böyük şirkət birləşməsi ola bilər. Mask bildirib ki, hər iki şirkətin süni intellekt, çiplər və digər texnoloji layihələr sahəsində fəaliyyəti onların birləşməsini faydalı edə bilər. Beləliklə, “Tesla”nın avtomobilləri, robotları və avtonom idarəetmə texnologiyaları “SpaceX”in raketləri, peykləri və məlumat mərkəzləri ilə birləşdirilə bilər.

“The Futurum Group” şirkətinin baş texnologiya məsləhətçisi Devid Nikolson birləşmənin baş vermə ehtimalını yüksək qiymətləndirərək, əsas məsələnin bunun nə vaxt reallaşacağı olduğunu bildirib. Bununla belə, razılaşma üçün səhmdarların dəstəyi tələb olunur. Ekspertlərin fikrincə, birləşmə texnoloji imkanları genişləndirə və daha inkişaf etmiş avtomobillərin yaradılmasına kömək edə bilər. Lakin “Tesla” səhmdarlarının yeni şirkətdəki payı nisbətən azala bilər. Mümkün birləşmə Maskın şirkət üzərində nəzarətini gücləndirməklə yanaşı, onun süni intellekt strategiyasını vahid strukturda həyata keçirməsinə şərait yarada bilər. Bu addım həmçinin onun Marsda özünü təmin edən şəhər qurmaq məqsədinə xidmət edə bilər. Şirkətlərin birləşməsi ilə bağlı yekun qərar səhmdarların mövqeyindən asılı olacaq.


Güllüzar Nəbili
Mənbə: BBC

#yeni #mask #şirkətlərini #birləşdirməyi #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər