Mask və Trampın X yayımında texniki problem
İlon Maskın X sosial media platformasında keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla yayımında texniki problem yaranıb. Bu səbəbdən yayım nəzərdə tutulan vaxtdan gec başlayıb.
Türkiyə vaxtı ilə saat 03:00-da başlaması planlaşdırılan Musk-Trump yayımına bir çox istifadəçi daxil ola bilməyib.
Mask, X hesabındakı paylaşımında, "X üzərində böyük bir DDOS hücumu olduğu görünür. Biz bunu dayandırmaq üçün çalışırıq. Ən pis halda, daha az sayda canlı dinləyici ilə davam edəcəyik və çıxışı daha sonra yayımlayacağıq" deyib.
DDOS (Distributed Denial-of-Service) hücumu, sistemi müəyyən tutum limitlərindən yuxarı olan məlumatlara məruz qoyaraq hücumlar nəticəsində istifadəçilərin sistemə və ya sayta daxil olmasının qarşısını almaq deməkdir.
Daha əvvəl sistemi 8 milyon paralel dinləyici ilə sınaqdan keçirdikləri barədə məlumatı paylaşan Musk, yayımı daha az sayda eyni vaxtda dinləyici ilə davam etdirəcəklərini, sonra isə redaktə etmədən qeydi yayımlayacaqlarını bildirib.
Mənbə: TRT Haber
Məhəmməd Qasımov