00:00:00
Yazar
Admin User
31.05.2025 09:23 150 1 dəq oxuma
Dünya

Maskın narkotik istifadə etməsinə Trampdan reaksiya

Maskın narkotik istifadə etməsinə Trampdan reaksiya

ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskın narkotik istifadə etməsi ilə bağlı məlumatların onu narahat etmədiyini bildirib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

 

“Onunla bağlı məni heç nə narahat etmir”, - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin qeyd edib ki, bu barədə mətbuatda yazılar dərc olunana qədər iş adamının narkotik maddələrdən istifadə etdiyini bilməyib.

 

Xatırladaq ki, bəzi ABŞ mediası İlon Maskın Donald Trampın seçki kampaniyası dövründə tez-tez narkotik istifadə etdiyinə dair məlumatlar yayıb. Jurnalistlər yazıb ki, milyarder yanında təxminən 20 həb olan dərman qutusu daşıyıb. Bu həblər arasında stimulyator olan “adderall” da olub.

Daha sonra narkotik maddələrdən aktiv istifadəyə görə milyarderin səhhətində problemlər yarandığı da açıqlanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər