Mavritaniyada miqrant qayığı qəzası: 89 nəfər ölüb
Mavritaniya sahillərində miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində azı 89 nəfər həlak olub.
Afrika ölkəsi Mavritaniyanın rəsmi xəbər agentliyinin verdiyi açıqlamada, bazar ertəsi günü Ndiaqo şəhərinin təxminən 4 kilometrliyində bir miqrant qayığının çevrildiyi bildirilib. Hadisə zamanı 89 nəfər həyatını itirib, sahil mühafizə qrupu isə biri 5 yaşlı qız olmaqla 9 nəfəri xilas edib.
Xilas edilən mühacirlərin verdiyi açıqlamada, Avropaya getmək üçün 6 gün əvvəl Qambiya-Seneqal sərhədindən yola düşən qayıqda ən az 170 immiqrantın olduğu bildirilib.
Qeyd edək ki, hər il minlərlə afrikalı mühacir iş tapmaq və yeni həyata başlamaq üçün Avropa ölkələrinə getmək üçün Atlantik okeanı və Aralıq dənizi boyunca təhlükəli səyahətlər edir.
Mənbə: Hürriyet
Zəhra Həsənova
