00:00:00
Yazar
Admin User
17.09.2025 17:44 171 1 dəq oxuma
Siyasət

McKinsey Azərbaycanda islahatlara qoşulur

McKinsey Azərbaycanda islahatlara qoşulur

ABŞ-nin “McKinsey & Company” konsaltinq şirkəti Azərbaycanda bir sıra islahat layihələrində iştirak edəcək. Şirkət dövlət-özəl tərəfdaşlığı qanunvericiliyinin təkmilləşdirilməsi, “yaşıl sənaye zonası”nın yaradılması, dəniz suyunun duzsuzlaşdırılması və sosial-iqtisadi strategiyanın hazırlanması kimi istiqamətlərdə məsləhətçi xidmətləri göstərəcək. Layihələrin ümumi dəyəri 9,6 milyon manat təşkil edəcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, "McKisney & Company" aparılan işlər qeyri-şəffafdır:

 

"Ona sifariş verilməsi, ondan nə tələb olunması, nə dərəcədə nəticə verməsi və faydalı olması qeyri-şəffaf aparılır və qeyri-peşəkar planlaşdırılır. Bizim öz ekspertlərimizin gördüyü işlər var, onlar isə sadəcə işi formata salıb məsləhət verirlər. Bu sxem ölkə büdcəsinə xeyli vəsait itkisi yaradır. İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyinin də belə bir MMC yaratması maliyyə idarəçiliyinin ən bərbad nümunəsidir. Nazirliyin nəzdində olan digər təşkilatlar kimi bazar iqtisadiyyatı şəraitinə uyğun olmaması da nümunədir. Bu baxımdan hesab edirəm ki, əgər bu prosesdə onların da rolu olacaqsa, bu ümumi gedişata təsir göstərəcək”.

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər