00:00:00
Yazar
Admin User
18.09.2025 16:23 97 1 dəq oxuma
Siyasət

McKinsey Azərbaycanda islahatlara qoşulur

McKinsey Azərbaycanda islahatlara qoşulur

ABŞ-nin “McKinsey & Company” konsaltinq şirkəti Azərbaycanda bir sıra islahat layihələrində iştirak edəcək. Şirkət dövlət-özəl tərəfdaşlığı qanunvericiliyinin təkmilləşdirilməsi, “yaşıl sənaye zonası”nın yaradılması, dəniz suyunun duzsuzlaşdırılması və sosial-iqtisadi strategiyanın hazırlanması kimi istiqamətlərdə məsləhətçi xidmətləri göstərəcək. Layihələrin ümumi dəyəri 9,6 milyon manat təşkil edəcək.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, hesab edirəm ki, "McKinsey & Company" şirkətinin fəaliyyəti qeyri-şəffafdır və bu əməkdaşlığın ümumi işə zərəri olacaq, nəinki faydası:

 

"Bizim özümüzün ekspertlərimizin gördüyü işlər var, onlar isə sadəcə işi formata salır, məsləhət verirlər. Bu isə ölkə büdcəsinə belə bir sxemin içərisində xeyli vəsait itirir.

 

İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyinin də belə bir MMC yaratması özü maliyyə idarəetməsinin ən bərbad nümunəsidir. İqtisadiyyat Nazirliyinin nəzdində olan digər təşkilatlar kimi bazar iqtisadiyyatı şəraitinə uyğun olmaması nümunəsidir. Onun digər nüanslardan asılı olmayaraq məramı, missiyası zərərlidir. Bu baxımdan hesab edirəm ki, onun da əgər bu prosesdə rolu olacaqsa, bu da təbii ki, ümumi gedişata töhfə olacaq".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər