Mədəniyyət Nazirliyi: "Ənvər Həsənova yardım göstəriləcək"
Azərbaycanın xalq artisti Ənvər Həsənova Mədəniyyət Nazirliyi tərəfindən yardım göstəriləcək.
İnformator.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
"2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada yayılmış məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılmış və onların istəkləri dinlənilmişdir. Bildiririk ki, bu məsələ ilə bağlı Ənvər Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək", - məlumatda vurğulanıb.
