Mediasiya sistemi nədir?
2021-ci ildən etibarən Azərbaycanda tətbiq olunan mediasiya sistemi, mübahisələrin məhkəmədənkənar və daha sülh yolu ilə həllinə imkan yaradır.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov "İnformator.az"a açıqlamasında bildirib ki, ilkin mediasiya sessiyasının məcburiliyi üç sahədə tələb edilir:
"İlkin mediasiya sessiyasının məcburiliyinin tələb olunduğu sahələr: komissiya mübahisələri, ailə mübahisələri, əmək mübahisələridir. Lakin sonradan komissiya mübahisələri ilkin mediasiya sessiyasından icbariliyindən çıxarılıb.
Mediasiyanın üstünlüyü ondadır ki, məhkəməyə getmədən üçüncü şəxs-mediator həll etmə iqtidarına malikdir. Bununla bağlı tərəflər barışıq sazişi bağlaya bilirlər və mübahisə etdiyi məqamlarla bağlı razılığa gəlmələri mümkündür. Mediasiya imkan yaradır ki, tərəflər problemi öz aralarında həll etsinlər və məcburi qaydada özlərinin razılaşdığı məqamlarla bağlı ortaq qərara gəlsinlər. Qeyd edim ki, mediasiya barışıq sazişində məğlub olan tərəf olmur, hər kəs öz maraqlarına uyğun qalib gəlir. Tərəflər vaxtlarına,enerjilərinə qənaət edirlər, eyni zamanda əlavə xərclərdən özlərini sığorta etmiş olurlar.(əlavə xərclər-məhkəmə rüsumları, vəkil xərcləri və.s) İştirak etməyən tərəflərlə bağlı heç bir tədbir görülmür, çünki mediasiyada iştirak etmək öhdəlik deyil, hüquqdur. İnsanların mediasiyaya etibar etməməsinin səbəbi mediatorların işlərini düzgün və qanuni hesab etməməsindən irəli gəlir. Əsassız tələblər,lazımsız hədə-qorxu gəlmələr bunlara daxildir".

Həlimə Əliyeva
