Medvedev: Tomahawk raketləri Ukraynaya verilərsə,bu hamı üçün ağır olacaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin Ukraynaya Tomahawk tipli uzaqmənzilli raketlər göndərmək planlarını sərt şəkildə tənqid edib. O bildirir ki, bu qərar bölgədəki gərginliyi daha da artıracaq və “hamı üçün, xüsusilə də Donald Tramp üçün pis nəticələrə səbəb ola bilər”.
Medvedevin sözlərinə görə, Qərb ölkələrinin bu addımı Rusiya ilə birbaşa qarşıdurma riskini yüksəldir. Rəsmi Moskva bu cür hərbi yardımları təhlükəli təxribat kimi qiymətləndirir və “lazım gələrsə, cavab tədbirlərinin görüləcəyini” bəyan edir.
BBC News
Ədilə Hüseynzadə