Meksikada anomal istilər səbəbindən minlərlə balıq ölür
Meksikanın Çihuahua əyalətindəki Bustillos laqunu rekord istilik və yağışın olmaması səbəbindən quruyub, minlərlə balıq tələf olub. Bu barədə "informator.az Azteca telekanalına istinadən xəbər verir.
Regional hakimiyyət orqanları yağışın olmaması və temperaturun 40 dərəcə Selsi (104 dərəcə Fahrenheit) keçməsi səbəbindən laqunda suyun səviyyəsinin kəskin şəkildə aşağı düşdüyünü təsdiqləyib. Bu, suda çirkləndiricilərin konsentrasiyasının kəskin artmasına, nəticədə qurumuş su anbarının dibini örtən minlərlə balığın ölümünə səbəb oldu.
Telekanalın məlumatına görə, ştatın su anbarlarında həddindən artıq yüksək temperatur və su ehtiyatlarının azalması da mal-qaranın tələf olmasına səbəb olub.
Bundan əvvəl Meksika Səhiyyə Nazirliyi yüksək temperaturun ölkədə ən azı 90 nəfərin ölümünə səbəb olduğunu bildirib.
