00:00:00
Yazar
Nigar Həsənzadə
23.02.2026 23:48 8 1 dəq oxuma
Dünya

Meksikada iğtişaşlar: 55 nəfər ölüb

Meksikada iğtişaşlar: 55 nəfər ölüb

Meksikanın uzun müddət axtarışda olan kartel liderlərindən biri "El Mençonun" öldürülməsindən sonra ölkədə baş verən iğtişaşlarda 55 nəfər həlak olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuç deyib.

 

O, 16 ştatda baş verən hücumlar nəticəsində 25 təhlükəsizlik əməkdaşının həyatını itirdiyini və əməliyyatlarda 30 kartel üzvünün zərərsizləşdirildiyini bildirib.

 

Harfuç 11 ştatda 85 avtomobil yolunun bağlandığını, lakin təhlükəsizlik qüvvələrinin səyləri sayəsində əsas magistrallarda nəqliyyatın hərəkətinin tam normal vəziyyətə qayıtdığını açıqlayıb.

#azərbaycan #yeni #iğtişaşlar: #ölüb #nəfər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər