00:00:00
Yazar
Banuçiçək Məmmədova
23.02.2026 20:24 13 1 dəq oxuma
Dünya

Merlin Mound ərazisində bərpa işləri aprel ayında başlayacaq

Merlin Mound ərazisində bərpa işləri aprel ayında başlayacaq

Əfsanəyə görə, sehrbaz Merlinin sümüklərinin basdırıldığı deyilən qədim təpənin yerləşdiyi ərazidə söküntü və araşdırma işləri aprel ayında başlayacaq.

 

Noyabr ayında yerli hakimiyyət Marlborough Collegeə təpənin yamacında yerləşən XX əsrə aid bəzi tikililəri sökməyə icazə verib. Layihə çərçivəsində emalatxana, tualetlər və bir neçə texniki otaq söküləcək.

Bu işlər arxeoloqlara təpənin quruluşunu daha yaxından araşdırmaq imkanı verəcək. Təpənin hündürlüyü təxminən 19 metrdir və o, bölgədəki ən böyük qədim təpələrdən biridir. Ən hündür təpə isə yaxınlıqdakı Silbury Hill hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, söküntü işləri arxeoloqların nəzarəti ilə yavaş və diqqətlə aparılacaq. Təpə adi günlərdə ziyarətçilər üçün açıq olmasa da, hər yay bir dəfə xüsusi açıq gün keçirilir.


BBC 
Reyhan Quliyeva

#başlayacaq #yeni #bərpa #mound #merlin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər