Merts Almaniyada populyar siyasətçilərin reytinqində sondan ikinci olub
Almaniya Kansleri Fridrix Merts miqrasiya barədə ziddiyyətli açıqlamaları fonunda reytinqdə ölkənin ən populyar 20 siyasətçisi arasından sondan ikinci yerə düşüb.
"İnformator.az" xəbər verir ki, bu, "Bild" qəzetinin sifarişi ilə "INSA" tərəfindən keçirilən sorğunun nəticələrindən bəlli olub.
Məlumata əsasən, Merts Almaniyanın ən populyar siyasətçiləri siyahısında 13-cü yerdən 19-cu yerə düşüb, onun reytinqi cəmi 35,2% təşkil edir. Müdafiə naziri Boris Pistorius 51,2% səslə liderliyi qoruyub saxlayır. İkinci yerdə Bavariyanın Baş naziri Markus Zöder (42,1%) qərarlaşıb.
Üçüncü yerdə isə 40,8% səslə Şimali Reyn-Vestfaliyanın Baş naziri Hendrik Vüst yer alıb.