Merz və Əliyev bir-birini qarşılıqlı səfərə dəvət ediblər
Xəbər verdiyimiz kimi, dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"İnformator.az" xəbər verir ki, telefon danışığı zamanı kansler Fridrix Merz İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merz də dəvəti məmnunluqla qəbul edib.
