00:00:00
Yazar
Admin User
03.11.2015 11:22 384 1 dəq oxuma
Sosial

Meteohəssas insanlar üçün əlverişli hava şəraiti olacaq

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Meteohəssas insanlar üçün əlverişli hava şəraiti olacaq

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

İnformator Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-16, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər