00:00:00
Yazar
Admin User
02.10.2025 10:24 100 1 dəq oxuma
Dünya

Mette Fridreksen: Avropanın Rusiyanın təhdidləri ilə üzləşməsi tarixdə ilk hal deyil

Mette Fridreksen: Avropanın Rusiyanın təhdidləri ilə üzləşməsi tarixdə ilk hal deyil

Bu gün Avropanın qarşısında çox ciddi vəzifə durur - öz təhlükəsizliyini təmin etmək.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki,  bunu Danimarkanın Baş naziri Mette Fridreksen "Avropa Siyasi Birliyi"nin 7-ci sammitinin plenar sessiyasında bildirib.

 

"Müharibə heç vaxt təkcə Ukrayna ilə bağlı olmayıb. Bu, Avropa, bütün xalqlarımız, vətəndaşlarımız, dəyərlərimiz və azadlığımızla bağlıdır", - MFridreksen qeyd edib. Onun sözlərinə görə, Rusiya İmperiyasının genişlənməsi, soyuq müharibə zamanı bir neçə sərhədi keçən sovet tankları və yaxın tarixdə baş verənlər eyni hekayədən bəhs edir. "Rusiya indi hərbi iqtisadiyyata çevrilir, bizi qorxutmaq, təhdid etmək və parçalamaq üçün hər fürsətdən istifadə edir. Təəssüf ki, Çinin dəstəyi, Şimali Koreya əsgərləri və İran dronları ilə. Rusiya ilə sülh yalnız güc vasitəsilə mümkündür", - Baş nazir əlavə edib. O, həmçinin sərhədlərin qorunması məsələsinə toxunaraq miqrasiya ilə bağlı sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər