MHP lideri Bahçeli: “Hamı çirkin rol oynayır”
MHP lideri Baxçalı İran-İsrail müharibəsi və ABŞ-nin bu müharibədəki rolu ilə bağlı yazılı açıqlama verib.
Baxçalı bildirib ki, dünyada sülhsevər diplomatiya yolları çöküb, beynəlxalq sistem təhrif olunub və “üçüncü dünya müharibəsi” ehtimalı getdikcə güclənir. Bildirib ki, “bacarana güc” təfəkkürü hakim olub. İsrailin İrana hücumlarını "qanunsuz" adlandıran Bahçeli, ABŞ-nin bu hücumlara dəstəyini "qalmaqallı və məsuliyyətsiz" adlandırıb. O, həmçinin BMT-nin passivliyini sərt şəkildə tənqid edib.
MHP lideri bəyan edib ki, ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələr endirməsi və Hörmüz boğazı böhranı yeni dünya müharibəsinə səbəb ola bilər. Aypara ilə xaç arasında mübarizənin davam etdiyini vurğulayan Bahçeli türk millətinin tarixi rolunu xatırladıb və heç bir təhlükənin qarşısında boyun əyməyəcəyini vurğulayıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı