Michael Jordan və Kobe Bryantın ilk NBA formalarının hər biri 10 milyon dollara satıla bilər
Michael Jordan və Kobe Bryantın NBA-dakı ilk oyunlarında geyindikləri formalar bu ilin yazında hərraca çıxarılacaq.
Sotheby’s hərrac evinin təşkil edəcəyi satışda, bu formaların basketbol əfsanələrinin "sadalıqdan zirvəyə yüksələn" karyeralarını təmsil etdiyi vurğulanır. Press-relizə əsasən, hər bir formanının təxminən 10 milyon dollara satılacağı gözlənilir və ümumi satış məbləğinin 20 milyon dollara çatması ehtimal olunur.
“Həm Michael Jordan, həm də Kobe Bryantın NBA-dakı ilk karyera formaları sadəcə xatirə əşyası deyil; onlar, əfsanəvi karyeralarını formalaşdıran ambisiya, bacarıq və iradənin əbədi simvollarıdır” – deyə Sotheby’s-in müasir kolleksiya bölməsinin rəhbəri Brahm Wachter bildirib. “Bunlar nadir tapıntılardır".
Sotheby’s-in məlumatına görə, 1980-ci illərdən qalan və Jordan imzaladığı bu oyun forması bazarda çox az rast gəlinən "unikal" bir nümunədir.
Hərrac evi bildirib ki, idman xatirə əşyalarının autentifikasiyası və satışı üzrə ixtisaslaşmış MeiGrey şirkəti, Jordan-a aid olduğu iddia edilən 130 formanı araşdırıb və onlardan yalnız dördünün orijinal olduğunu müəyyən edib.
CNN
Nuray Qurbanlı