Microsoft son 30 ildə klaviaturalarında ən böyük dəyişikliyi elan etdi
Microsoftun yeni klaviaturalarında süni intellekt düymələri olacaq. Yeni süni intellekt proqramı Copilot yeni Windows 11 kompüterlərində bir düymə ilə aktivləşdirilə bilər.
OpenAI, Copilotun süni intellekt imkanlarının arxasındadır. Microsoft süni intellektin qabaqcıllarından olan bu şirkətin ən böyük investorudur. OpenAI və Microsoft-un əməkdaşlığı ilə süni intellekt Microsoft 365 və Bing kimi proqramlarda aktiv olmağa başladı.
Digər texnologiya Apple şirkəti bir neçə il əvvəl öz əməliyyat sistemində Siri düyməsini təqdim etdi. Microsoft Copilot-u istənilən vaxt istifadəyə hazır olan süni intellekt kimi təyin edir.
Goldman Sachs-ın 2023-cü ilin mart ayında dərc etdiyi hesabata görə, məhsuldar süni intellekt bu gün bütün işlərin dörddə birini yerinə yetirə bilər.Güman edilir ki, avtomatlaşdırma təkcə ABŞ və Avropa İttifaqına üzv ölkələrdə 300 milyon insanın işini ələ keçirə bilər.
Digər tərəfdən, bəzi ekspertlər hələ də süni intellektin edə bilmədiyi işlərin olduğunu vurğulayırlar. Bunlar çox vaxt emosional zəka və ya yaradıcı düşüncə kimi unikal insan xüsusiyyətləri tələb edən işlərdir.
Aytac Kərimova
Mənbə:CNN TÜRK
