00:00:00
Yazar
Admin User
28.06.2024 17:58 334 1 dəq oxuma
Dünya

Mikroneziya Ukrayna üzrə sülh sammitinin kommünikesini imzalayıb

Mikroneziya Ukrayna üzrə sülh sammitinin kommünikesini imzalayıb

İsveçrənin Ukrayna ilə bağlı keçirilən sülh sammitində iştirak etməyən Mikroneziya yekun kommünikeni imzalayanlara qoşulub. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənədi imzalayan ölkələrin yenilənmiş siyahısında məlumat verilib.

 

 Mikroneziyanın Antiqua və Barbuda, Barbados, Qayana, Zambiya, Tonqa Krallığı, Malavi və Marşal adalarından sonra konfransda iştirak etməyən, lakin kommunikeyə qoşulan səkkizinci ölkə olduğu qeyd edilib.

 

 Bundan əvvəl Türkiyənin tələbi ilə Ekumenik Patriarxlıq Ukrayna üzrə sülh sammitindən sonra kommünikeni imzalayanlar siyahısından çıxarılıb.

 

Banuçiçək Kalbalıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər