Milan Fond Birjasının əməkdaşları İtaliyada ilk dəfə niyə tətilə çıxıblar?
Bu gün İtaliya Fond Birjası tarixində ilk dəfə tətil olub. Milanda birjanın işçiləri həm işdən artıq iş kimi iş şəraitinə, həm də birjanı idarə edən Euronext şirkətinin fəaliyyətini xaricə köçürmək planlarına etiraz olaraq bu gün bağlanmadan iki saat əvvəl işini dayandırıblar.
Tətil edən əməkdaşlar birja binası qarşısında bir araya gələrək etirazlarını bildiriblər.
Bank və maliyyə sektorunun aparıcı birlikləri FABI, First CISL və Fisac CGIL keçən həftə 15.30-17.30 arasında tətil edəcəklərini açıqladılar.
Milan Fond Birjasının təxminən 800 işçisi var. Həmkarlar ittifaqları, Hollandiya mərkəzli Euronext şirkətinin Milan Fond Birjasındakı (Borsa Italiana) sərmayələrini xaricə sistemli şəkildə köçürməyi planlaşdırdığına əsaslanaraq hərəkətə keçməyə qərar verdi.
Şirkət həmçinin işçilərini müntəzəm olaraq iş vaxtından artıq işləməyə məcbur etməkdə və onların maaş artımı tələblərini yerinə yetirməməkdə ittiham olunur.
İtalyan mətbuatına açıqlama verən CISL həmkarlar ittifaqından Alberto Buoso, şirkətlə görüşlərində ciddi bir yenidən quruluş planı istədiklərini, lakin 6 aydır heç bir həll tapılmadıqdan sonra tətilə qərar verdiklərini söylədi.
FABI həmkarlar ittifaqından Sergio Castoldi, tətillə siyahıda olan şirkətlərə və ya ölkəyə zərər vermək istəmədiklərini ifadə edərək, "Ancaq biz şirkətə işçiləri ilə dialoq qurması lazım olduğu mesajını vermək istəyirik" dedi.
“Tarixi və son dərəcə güclü qərar”
FABI Baş Katibi Lando Maria Sileoni də işçilərin hüquqlarını müdafiə etmək üçün "bu tarixi və son dərəcə güclü qərarı" aldıqlarını vurğuladı.
Euronext-Borsa Italiana isə tətilin əməliyyatda hər hansı bir aksama yaratmayacağını müdafiə etdi.
Paris, Amsterdam və Brüssel kimi digər mübadilələrə də nəzarət edən Euronext qrupu, sistemlərin avtomatik olaraq ortaq platformada işlədiyini və fövqəladə hallar üçün protokolların mövcud olduğunu bildirdi.
Bugünkü tətildən sonra həmkarlar ittifaqları iyulun 14-dək başqa aksiyalar da planlaşdırır.
Digər tərəfdən, İtaliya hökuməti də birjada böhranın həllində iştirak edir.
İqtisadiyyat naziri Giancarlo Giorgetti məsələni izlədiyini açıqlayıb.
Gələn həftə Ticarət Nazirliyinin həmkarlar ittifaqı nümayəndələri ilə görüşü də gözlənilir.
Mənbə: BBC turk
