Milan prokurorları Bosniya müharibəsində “snayper turizmi” iddialarını araşdırır
İtaliyanın Milan şəhərində prokurorlar 1990-cı illərdə Bosniya müharibəsi zamanı Sarayevo sakinlərini öldürmək üçün pul ödədiyi iddia olunan italyan və digər ölkə vətəndaşlarına qarşı istintaqa başlayıblar. İddialara görə, bu şəxslər Bosniya serb ordusunun əsgərlərinə böyük məbləğdə pul verərək “tur” adı altında Sarayevo ətrafındakı təpələrə aparılıb, oradan dinc əhaliyə atəş açıblar. 1992–1996-cı illərdə davam edən mühasirə nəticəsində 10 mindən çox insan həyatını itirib.
İstintaq yazıçı Ezio Gavazzeni və Sarayevonun keçmiş meri Benjamina Kariçin təqdim etdiyi sübutlar əsasında başlanıb. Gavazzeni bu barədə ilk məlumatları 1990-cı illərdə mətbuatda görüb, lakin 2022-ci ildə Miran Zupaniçin Sarajevo Safari sənədli filmini izlədikdən sonra məsələni araşdırmağa qərar verib. O, “çoxlu sayda” italyanların bu “müharibə turizmi”ndə iştirak etdiyini iddia edir.
The Guardian
Eslanda Kulieva