Milyonlarla insanın getməsi gözlənilir! Parisdə böyük böhran...
Paris Olimpiadasının başlamasına 10 gündən az vaxt qalıb, oyunlarla bağlı çoxlu sual işarələri var. Bəzi yarışların keçiriləcəyi Sena çayının hələ də sağlamlığı təhdid edəcək qədər çirkləndiyi müşahidə edilərkən, küçələrdə xroniki zibil problemi diqqəti çəkir.
Son seçkilərdən sonra keçirilən nümayişlər təhlükəsizliklə bağlı narahatlıqları artırsa da, Fransa kəşfiyyatı da oyunlara terror təhlükəsinin olduğunu təsdiqləyib. Bundan əlavə, artan tıxac və oyunlar üçün xüsusi qiymət artımı parisliləri hiddətləndirib.
2024-cü ildə Parisdə keçiriləcək Olimpiadanın başlamasına 10 gündən az vaxt qalıb. İyulun 26-da Fransanın paytaxtında start götürəcək oyunlarda 206 ölkədən 10 714 idmançı iştirak edəcək. Bununla belə, Parisin 2024-cü il Olimpiadasına hazır olub-olmaması ilə bağlı çoxlu sual işarələri var.
2,1 milyon nəfərin mərkəzdə yaşadığı Parisin əhalisi şəhərətrafı rayonlarla birlikdə 12 milyonu ötüb. Avropanın ən izdihamlı şəhərlərindən biri olan şəhərin problemlərindən biri də çirklənmədir. Xüsusilə, şəhərin ortasından keçən Sena çayı uzun illərdir ki, çox çirkli olduğu üçün tənqid edilir. Olimpiadada kanoe, triatlon və açıq suda üzgüçülük yarışları Sena çayında keçiriləcəyindən çayın təmizlənməsinə 1,3 milyard dollar külli miqdarda vəsait xərclənib. Daha doğrusu, Fransanın idman naziri Amelie Oudea-Kastera ilə keçən həftə Paris Bələdiyyə Başçısı Anne Hidalqo bu gün mətbuat mənsublarının qarşısında çayın təmizləndiyini və yarışlara uyğun olduğunu göstərmək üçün Sena çayında üzdülər.
Lakin, xərclənən bütün bu pullara baxmayaraq, Sena çayı hələ də çox bulanıq və çirkli bir görünüşə malikdir. Əslində, keçən ay 3 həftə dalbadal çayda aparılan ölçmələr ölümcül xəstəliklərə səbəb olan E.coli bakteriyasının miqdarının təhlükəli səviyyədə olduğunu ortaya çıxarıb.
Mənbə: Hüriyyet
Zeynəb Mustafazadə
