Əminə Ərdoğan COP31 Tərəflər Konfransı üçün təbrik yayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, 2026-cı ildə Türkiyənin ev sahibliyi edəcəyi COP31 Tərəflər Konfransı ilə bağlı sosial media hesabından təbrik və açıqlama yayıb.
O, yazısında bu addımı “hamımız üçün qürur mənbəyi” adlandıraraq, Türkiyənin sıfır tullantı hərəkatına liderlik etməsi və ekoloji öhdəliklərini dünya miqyasında nümayiş etdirməsi kimi qiymətləndirib. Əminə Ərdoğan həmçinin bildirib ki, 196 ölkənin bir araya gələcəyi bu sammit, COP böhranının ən çox təsir etdiyi ölkələrə dəstək və həmrəylik təmin edəcək.
Ətraf Mühit, Şəhərləşmə və İqlim Dəyişikliyi Nazirliyinə, Xarici İşlər Nazirliyinə və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü çatdırıb.
TRT Haber
Aişə Mustafayeva