00:00:00
Yazar
Admin User
23.08.2025 16:49 77 1 dəq oxuma
Dünya

Əminə Ərdoğan Melaniya Trampa çağırış edib

Əminə Ərdoğan Melaniya Trampa çağırış edib

Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub göndərərək onu Qəzzadakı uşaqların acınacaqlı vəziyyəti ilə bağlı məsələ qaldırmağa çağırıb.


"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

 

Agentliyin məlumatına görə, Ə.Ərdoğan yazıb ki, onu ABŞ liderinin həyat yoldaşının məktubu “ilhamlandırıb”. Həmin məktub Donald Tramp vasitəsilə Alyaskada Rusiya Prezidenti Vladimir Putinə çatdırılıb və Ukrayna münaqişəsi fonunda uşaqların vəziyyəti ilə bağlı olub:

 

"Mən inanıram ki, 648 ukraynalı uşağa qarşı göstərdiyiniz əhəmiyyətli həssaslıq Qəzzaya da tətbiq olunacaq”.

 

Türkiyənin birinci xanımı həmçinin məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb və qeyd edib ki, Qəzzadakı vəziyyətin həlli “Fələstin xalqı qarşısında tarixi məsuliyyətə” uyğun olacaq.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər