Əminə Ərdoğan milli atlet Şahika Ərcüməni təbrik edib
Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Antalyanın Kaş şəhərində dəyişkən çəkidə üzgəcsiz suya tullanma kateqoriyasında 107 metr dərinliyə tullanaraq öz dünya rekordunu qıran milli atlet Şahika Ərcüməni Qəzza xalqına həmrəylik mesajı vermək üçün təbrik edib.
Əminə Ərdoğan NSosyal hesabında bunları paylaşıb: "Qəzzə üçün suya atılan və dünya rekordu qıran milli atletimiz Şahika Ərcüməni ürəkdən təbrik edirəm. İdmanla insanlığın birləşdiyi bu nümunəvi addımın bütün dünyaya ilham verəcəyinə ümid edirəm".
TRT XƏBƏR
Nəzrin Nəsirova