00:00:00
Yazar
Admin User
23.08.2023 15:07 209 2 dəq oxuma
Yoxdur

Minalar əsasən yaşayış ərazilərində aşkarlanır

Minalar əsasən yaşayış ərazilərində aşkarlanır

   Müharibənin bitməsindən 3 il keçsə də, azad olunmuş ərazilərdə minaların aşkarlanması davam edir. ANAMA-nın apardığı əməliyyatlar zamanı Xocavəndin Bulutan kəndi ərazisində improvizə olunmuş partlayıcı qurğular aşkarlanıb. Məsələ burasındadır ki, aşkarlanan minalar yaşayış ərazilərində qeydə alınır. Ümümən bu günə qədər keçirilən əməliyyatlar nəticəsində mülki təyinatlı sahələrin ciddi şəkildə minalanması müəyyən olunub.

  İşğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı Xocavəndin Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma partlayıcı qurğular aşkar olunub. Düşmən tərəfindən quraşdırılmış bu partlayıcılar dinc əhaliyə qarşı hədəflənmiş terrordur. Əldə düzəldilmiş bu tipli partlayıcı qurğuları gözlə görmək mümkün deyil. Bu səbəbdən vətəndaşlar azad olnmuş ərazilərdə daha diqqətli olmalı, şübhəli əşyalara toxunmamalıdır. Dedektor və ya mütəxəssislər tərəfindən yoxlanılmamış ərazilərə daxil olmaq faciəylə nəticələnə bilər. ANAMA-nın şöbə müdiri Adil Aslanovun sözlərinə görə, müxtəlif formaya salınmış minaların, məsələn qəlpələnən minaların radiusu daha geniş olur. “O cümlədən müxtəlif məişət əşyalarının içərisinə mitant parçaları yerləşdirməklə onlar hər hansı bir idarə idarə olunan və yaxud da tələ-məftillə birləşdirilərək tərk edilmiş əşyalardır ki, bunlara toxunduqda işə düşür və çoxdərəcəli bədən xəsarətləri və yaxud da öldürmə gücünə malikdirlər”.

  Agentliyin keçirdiyi əməliyyatlar nəticəsində keçmiş təmas xətti ərazilərindən kənardakı mülki təyinatlı sahələrin ciddi şəkildə minalanması müəyyənləşdirilib. Partlayıcı qurğular təsərrüfat tikilisi, təndirxananın girişi,evin qarşısı, plastik boru kimi yerlərdən aşakrlanıb. Partlayıcıların əvvələr etnik erməni əhalisinin məskunlaşması bu ərazilərdə yerləşdirilməsi düşnənin mülki əhalini hədəf almaq niyyətinin göstəricisidir. Hərbi-siyasi ekspert Telman Qasımov deyir ki, aşkar olunan minaların heç biri zamanında təmas xətti olmayıb. “Bunların hamısı yaşayış məntəqələri olub və bunu etməkdə əsas məqsəd o olub ki, işğaldan azad olunandan sonra, insanlar ora qayıdandan sonra terrora məruz qalsınlar, itkilər olsun, Azərbaycan tərəfə maksimum dərəcədə zərbə endirsinlər”.

  Qeyd edək ki, müharibədən sonrakı dövr ərzində baş verən mina hadisələri zamanı 217 vətəndaşımız dünyasını dəyişib. Onlarla vətəndaşımız isə yaralanıb.

 

VÜSALƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər