Mindəçevir şəhərində “Ealogiya və biz” mövzusunda tədbir keçirilib.
“Ekologiya və biz” layihəsi Mingəçevir şəhərində ekoloji problemlər və ətraf mühitə dəyən zərərin azaldılması ilə hansı addımların atılmasının zəruri olduğu ilə bağlı 18 nömrəli tam orta məktəbində tədbir keçirilib. Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə ekspert “ Dünyəviliyin və Marifpərvərliyin “ Təbliginə Dəstək İctimai Birliyin rəhbəri G. Mürsəlli çıxış edərək bildirdi ki, ctimai yerlərdə siqaret çəkilir, zavodlar təsiri güclü olan qazları səmaya buraxır. Bunun nəticəsində atmosferə ziyan dəyir, ozon qatı azalır və “ozon dəliyi” yaranır. Təbiəti qorumaq üçün ilk növbədə sənaye müəssisələrinin infrastrukturunu yeniləmək lazımdır: “Avadanlıqların çoxu istismar müddətini keçib. Bu da ətraf mühitə çıxan zəhərli maddələrin daha çox olmasına səbəb olur. Yeni texnologiyalar gətirilərsə, bunun qarşısını almaq olar. Nəticədə daha az zərərli madda havaya buraxılar. Təmiz hava, su olmadan həyat mümkün deyil: “İnsanlar daha çox siqaretdən istifadə edir. Bununla həm özlərinə, həm də ətraf mühitə ziyan vururlar. Siqaretdən istifadədən sonra onun kötüyünü yerə atırlar. Bu da ətraf mühitin də çirklənməsinə səbəb olur.” Bu fikirləri “ Dünyəviliyin və Marifpərvərliyin “Təbliginə Dəstək İctimai Birliyinin rəhbəri G. Mürsəlli müsahibə zamanı bildirdi.
Tədbirdə iştirak edən müəllimlər və şagirtlər daha çox təbiətə dəyən zərərdən və onu necə qorumaqdan danışdılar. Tədbirin sonunda şagirdlərlə birlikdə təmizlik aksiyası keçirildi.