00:00:00
Yazar
Admin User
29.07.2024 18:50 296 1 dəq oxuma
Dünya

"Minsk BRİKS çərçivəsində inteqrasiya proseslərinə qoşulmağa hazırdır"

"Minsk BRİKS çərçivəsində inteqrasiya proseslərinə qoşulmağa hazırdır"

Belarus prezidenti Aleksandr Lukaşenko beynəlxalq məsələlərə həsr olunmuş iclasda bildirib ki, Belarus BRİKS-i iqtisadi inkişafın əsası kimi görür və qrup çərçivəsində inteqrasiya proseslərinə qoşulmağa hazırdır. Bu barədə "informator.az" Tass-a istinadən xəbər verir.

 

"Biz həmin məkanda inteqrasiya proseslərində iştirak etməkdə maraqlıyıq. BRİKS bizə tarazlığı və iqtisadi sabitliyi qorumağa kömək edəcək başqa bir dayaqdır", - BelTA agentliyi Lukaşenkonun sözlərindən sitat gətirir.

 

Prezident Minskin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edildiyini bir daha vurğulayıb. Bununla bağlı Lukaşenko Xarici İşlər Nazirliyinə Belarusun həmin platformada iştirakı və ikitərəfli görüşləri planını tərtib etməyi tapşırıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər