MİQ imtahanlarının ödənişli olması hüquqi baxımdan hansı əsaslara söykənə bilər?
Təhsilin keyfiyyətinin yüksəldilməsi uğrunda atılan addımlardan biri də vəkilliyə, hakimliyə və.s kimi işlərdə ödənişli imtahanların olduğu kimi müəllimlərin işə qəbul imtahanlarının da ödənişli keçirilə biləcəyi ilə bağlı yayılan məlumatlardır. Bu xəbərlər insanlarda narahatlıq doğurduğu kimi hüquqi müstəvidə də bir sıra suallar doğurur.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə imtahanların ödənişli olması təcrübəsi Azərbaycanda da var:
“İstər dövlət qulluğuna işə qəbul, istər vəkilliyə qəbul, istərsə də hakimliyə qəbulla bağlı DİM-ə ödəniş edilir. Ümumiyyətlə, hansısa imtahanın keçirilməsi ciddi maliyyə tələb edən prosesdir. Eyni zamanda burada imtahan üçün sualları hazır edən bunker müəllimlərin,mütəxəssislərin də əməyinin qiymətləndirməsi lazımdır. Prosesin təyin olunması,yerin kirayə götürülməsi və yaxud da komputerlə təmin olunma, şəbəkinin qurulması kifayət qədər ciddi xərclərdir.
Mən hesab edirəm ki,imtahanların ödənişli olması müəllimlərdə də bir məsuliyyət formalaşdıracaq. Nəticə etibarı ilə imtahana daha ciddi hazırlaşacaqlar.
İmtahanın ödənişli olması ixtisasa tələbatın azalmasına səbəb olmayacaq".

Həlimə Əliyeva
