Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə edib
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampın kürəkəni və elçisi Cared Kuşnerlə görüşüb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Qəzza məsələsində növbəti mövcud bədbəxtlik ondan ibarətdir ki, sülh planı barədə hətta ABŞ və İsrail arasında da ziddiyyət yaranıb:
“İsrail ABŞ-nin Qəzzada sülh planına maneələr yaradır, əlavə şərtlər irəli sürür. Çünki məqsədi mahiyyəti üzrə sülh deyil. Misirin bu məsələdə o qədər də həlledici rol alması gözlənilmir. ABŞ-nin İsrailə təsir etməsi müvəqqəti xarakter daşıyacaq. İsrailin köklü planı yalnız işğaldır. ABŞ-nin təsiri ilə İsrial dövlət proqramını dəyişə bilməz. Misir və ABŞ arasında normal münasibətlərin inkişafı Qəzza məsələsinə görə deyil, İrana qarşı mümkün cəbhə yaradılması sarıdandır. ABŞ-nin bütün məqsədləri dolayı yolla İsrailin maraqlarını təmin etməyə xidmət edir. Qəzzanın xilası yalnız Türkiyə və onun yürütdüyü siyasət sayəsində mümkündür”.
Səadət Əlizadə