MKİ-nin ABŞ səfirliyinin Ər-Riyaddakı rezidenturasına dron hücumu olub
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ABŞ səfirliyinin Səudiyyə Ərəbistanındakı ərazisindəki rezidenturasına dron hücumu olub.
"İnformator.az" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, İrana məxsus olduğu güman edilən pilotsuz təyyarə Ər-Riyaddakı ABŞ diplomatik missiyasının ərazisində MKİ məntəqəsinə hücum edib.
Nəşr qeyd edib ki, hadisə zamanı MKİ-nin heç bir əməkdaşı xəsarət almayıb. Həmçinin qeyd olunur ki, hadisə İslam Respublikası üçün simvolik qələbə kimi qəbul edilə bilər.
