00:00:00
Yazar
Admin User
16.10.2025 16:41 106 2 dəq oxuma
Siyasət

MKİ-nin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə vermişəm

MKİ-nin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə vermişəm

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada hökumət əleyhinə gizli əməliyyatlar keçirmək səlahiyyəti verdiyini təsdiqləyib.


"Mən əslində buna iki səbəbə görə icazə vermişəm. Birincisi, onların həbsxanalarından məhkumları Amerika Birləşmiş Ştatlarına buraxılmasıdır. Digəri isə narkotik vasitələrdir. Venesueladan bizə çoxlu narkotik gəlir", - Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlarına nə üçün icazə verdiyi ilə bağlı sualı cavablandırarkən deyib.


MKİ şərh verməkdən imtina edib.


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Xaqani bəy bildirib ki, ABŞ Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada hökumət əleyhinə gizli əməliyyatlar keçirmək səlahiyyəti verdiyini bəyan etməsi gözlənilən idi:


“Konqresə aralıq seçkilərə bir ildən bir qədər artıq vaxt qalır və Trampın tərəfdarlarının mövqeləri zəifləyir. Gələn ilin noyabrında keçiriləcək seçkilərdə demokratların qalib gəlmək şansı artır. Daxili siyasətdə, xüsusilə iqtisadiyyatda qısa zamanda uğur qazanmaq mümkün deyil. Uğur qazanmadan isə seçiciləri öz tərəfinə çəkmək mümkün deyil. Ancaq xarici siyasətdə qısa zamanda uğur qazanmaq mümkündür. Venesuala məsələsi isə Tramp və tərəfdarları üçün mühüm əhəmiyyət daşıyır. Birincisi, Tramp narkotiklərə qarşı müharibə elan edib və heç kimə sirr deyil ki, ABŞ-ə narkotikanın nəqlində Venesualanın böyük payı var. İkincisi isə, ABŞ-də əslən Latın Amerikasından olan seçicilər Kuba və Venesualadakı rejimlərin dəyişməsində israr edirlər. Trampın həmin seçici təbəqəsini küsdürməyi özünə rəva görə bilməz. Ona görə də Venesuladakı rejimi dəyişməyə çalışır. Venesuelada rejim dəyişikliyi baş versə qənaətimcə bu regionda sabitliyi ancaq gücləndirə bilər. Venesualadakı rejimin sabitliyi təhdid edən amildir. Venesualada rejim dəyişikliyi uğurla başa çatsa bu beynəlxalq aləmdə Vaşinqtonun imicini gücləndirə bilər. Venesualadakı rejimin əleyhidarının Nobel Sülh Mükafatı alaması da bunun sübutudur".


Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər