Məktəblərdə polis nəzarətçisi vəzifəsinin yaradılmasının vaxtı çatıb
“Bu gün məktəblilər arasında konfliktlər o həddə çatıb ki, artıq bəzi şagird əməlləri cinayət hesab ediləcək dərəcədədir. Cəmiyyətin əsas özəyi olan məktəb və məktəblilər hər bir dövlət qurumunun diqqət mərkəzində olmalıdır”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib. Ekspertin sözlərinə görə, hazırki ümumorta təhsil məktəb nizamnaməsi ilə bu kimi halların qarşısını almaq mümkün deyil.
“Bəlkə də artıq məktəblərdə xüsusi bir vəzifə kimi "polis nəzarətçisi” vəzifəsinin yaradılmasının vaxtı çatıb. Çünkü məhz belə bir vəzifəli şəxs məktəbin daxilində baş verən hər hansı insidentə tez və operativ reaksiya verə bilər. Bununla, eləcə də məktəbin ətrafında şagirdləri narkotikaya cəlb edənləri də ərazidən uzaqlışdırmaq olar.
Məktəblinin dostu layihəsinin müəyyən qədər köməyi olsa da, düşünürəm ki, bu mövcud vəziyyətdən çıxış yolu deyil”.
Həcər Əmiraslanlı
