00:00:00
Yazar
Admin User
10.09.2025 08:43 138 1 dəq oxuma
Sosial

MM-in komitə sədri: AŞPA ilə "qapı"nı biz bağladıq

MM-in komitə sədri: AŞPA ilə "qapı"nı biz bağladıq

Milli Məclisin komitə sədri AŞPA ilə "qapı"nı Azərbaycanın bağlamadığını, ölkənin bütün təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib. 

 

"İnformator.az" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bugünkü iclasında deyib.

 

Onun sözlərinə görə, Azərbaycana qarşı olan qüvvələr elə addım atdılar ki, AŞPA-da nümayəndə heyəti fəaliyyətini dayandırmali olub: "Biz mövqeyimizi açıq şəkildə göstərmişik. Azərbaycan qarşı olan qüvvələrlə əməkdaşlıq etməyəcəyik. AŞPA başa düşməlidir ki, Azərbaycan başqa reallıqdadır. Onlar obyektiv həqiqəti qəbul etməlidirlər".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər