Mənfi düşüncələr insanı psixoloji yük altında saxlayır
Mənfi düşüncələrin dəyişdirilməsi gündəlik həyat da psixoloji dəstəyin rolu, stress və sosial təzyiqlər insanların düşüncələrinə birbaşa təsir göstərir. Mənfi düşüncələr artdıqca, həm emosional vəziyyət, həm də həyat keyfiyyəti zəifləyir. Bu səbəbdən psixoloqlar düşüncələri idarə etməyi, neqativ yanaşmanı müsbət istiqamətə yönəltməyi zəruri hesab edirlər.
Mövzu ilə bağlı Psixoloq Aytən Ələkbərova "İnformator.az"a müsahibə verib.
Mənfi düşüncələrin yaranmasın da hansı amillər daha çox rol oynayır?
"Əvvəla onu qeyd edim ki, mənfi düşüncələrin yaranmasını bəzən baxırıq ki, insanlar özləri tam dərk edə bilmir. Negativ düşüncələr isə təbiidir ki, birdən-birə yaranmır. Bəzən özümüzü o qədər yükləyirik ki, məsələn, 500 manat əmək haqqı alıb, 700-800 manat kredit götürürük hansı ki, götürərkən çox rahat oluruq, lakin xərcləyib bitirdikdən sonra sonunun necə olacağını bilmədiyimiz halda öhdəsindən gələ bilməyəcəyimiz bir yük edirik. Bax, o etdiyimiz yükün də içərisində bu problemlər yaranır.
Yəni, birinci olaraq mənfi düşüncələrin yaranmasın da ailə, iş mühiti, şəxsi tərcübə daha çox özünü göstərməyə başlayır".
İnsan özündə neqativ düşüncəni vaxtında necə tanıya bilər?
"İnsanın neqativ düşüncəsini vaxtın da tanıması artıq onun 6-7 ayını əlindən almış olur ki, artıq onda psixosomatik düşüncə pozuntusu yaranır və o bilmir ki, neqativ düşüncələr bir yük olaraq onun çiyinlərindədir.
O çiyinlərin də olan neqativ düşüncəyə görə bugün gəlib bu duruma düşüb. Bir balaca şüur altını açdığda isə insan danışmağa başlayır. Bəlkə də ona qədər insanın əzizləri belə ona deyəndə ki, psixoloqa get, deyir: " Mən dəli deyiləm, psixoloqa gedəm", amma gəlib danışarkən, bəzən elə iki gün sonra deyir ki, özümü rahat hiss edirəm, çünki artıq insan qeyri-müəyyən durumdan çıxır".
Mənfi düşüncələrin insanın qərarvermə prosesinə hansı təsirləri var?
"İnsanın qərar vermə prosesinə təsirləri ondan ibarət olur ki, artıq insan qeyri-müəyyən durum da olarkən qərar verə bilmir, intihara doğru addım atır, çünki artıq ruhun da olan o işıqlar yavaş-yavaş sönməyə başlayır. Sönən o işıqlar isə insanı ölümə belə təhrik edə bilirsə, təbiidir ki, onda insan artıq, " Mən indi başa düşdüm ki, mən də nə baş verir " deyərkən artıq bir mütəxəssisə müraciət edir. Bu durum insanı psixi olaraq canından bezdirərkən o zaman köməkçi qüvvələrdən yəni psixoloq və psixiatrdan və.s kömək almaq lazımdır. Ona görə də insanlar bu halla qarşılaşdığ da psixoloq və psixiatrdan yan keçməməli, mənfi düşüncələrinə vaxtın da köməklik etməlidirlər".
Arzu İbrahimova
