00:00:00
Yazar
Elmira Ağayeva
23.07.2026 22:41 56 2 dəq oxuma
İdman

MOİK-in baş məşqçisi: “Qarabağ”ı təhlil etmişik, məqsədimiz qələbədir"

MOİK-in baş məşqçisi: “Qarabağ”ı təhlil etmişik, məqsədimiz qələbədir"

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - MOİK (Sofiya) oyunu öncəsi Bolqarıstan təmsilçisinin baş məşqçisi Hristo Yanev komandasının hazırlıq vəziyyəti, rəqib barədə düşüncələri və qarşılaşmadan gözləntiləri ilə bağlı fikirlərini bölüşüb. Mütəxəssis “Qarabağ”ı güclü rəqib adlandıraraq, komandasının meydanda ən yaxşı oyununu göstərməyə çalışacağını bildirib. O, həmçinin əsas məqsədlərinin qələbə qazanmaq olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, "Qarabağ" hər zaman temkinli və ehtiyatlı futbol oynayan komandadır:


"Hər bir komandanın matçdan öncə rəqibini analiz edib təhlillər aparması tamamilə normaldır. Hesab edirəm ki, rəqib də oyundan əvvəlki təhlillərini nəzərə alaraq meydana çıxacaq, amma nəticəni oyunun gedişatı göstərəcək. Rəqib çox təhlükəli komandadır. Gözləyirəm ki, onlar ilk növbədə kəşfiyyat xarakterli hücumlar edəcək, daha sonra isə öz əsas taktikalarını ortaya qoyacaqlar. Bizi həqiqətən maraqlı bir qarşılaşma gözləyir.
​"Qarabağ"ın nəyə diqqət etməli olduğuna gəldikdə isə, rəqibin təcrübəsini, fərdi keyfiyyətlərə malik futbolçularını, hazırkı formasını və yüksək psixoloji hazırlığını nəzərə alaraq təbii ki, ehtiyatı əldən verməməlidir. "Qarabağ" hər zaman temkinli və ehtiyatlı futbol oynayan komandadır. Əminəm ki, komandamız da rəqibi yüksək səviyyədə təhlil edib və onları lazımi qaydada sınağa çəkməyi bacaracaq.
​Hər iki komanda özünəməxsus uğurları olan maraqlı kollektivlərdir. Rəqibin müəyyən çətinliklər yaradacağı şübhəsizdir, bu da öz növbəsində oyunun daha baxımlı və maraqlı keçməsinə zəmin yaradacaq".

Samirə Allahverdizadə

#İdman #futbol #Qarabağfk
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər