00:00:00
Yazar
Admin User
31.05.2024 18:14 338 1 dəq oxuma
Dünya

Monqolustanın eks-prezidentindən Lukaşenkonu həbs etmə çağırışı

Monqolustanın eks-prezidentindən Lukaşenkonu həbs etmə çağırışı

Monqolustanın keçmiş prezidenti Elbeqdorj Tsaxiaqiyn Monqolustana səfəri zamanı ölkə hakimiyyətini Belarus prezidenti Aleksandr Lukaşenkonu həbs etməyə çağırıb.  

 

"İnformator.az" xəbər verir ki, bu barədə keçmiş Monqolustan lideri X sosial şəbəkəsində yazıb.

 

“Bildirilir ki, Lukaşenko Ulan-Batora gələcək. Monqolustan Roma Statutunun tərəfidir və Beynəlxalq Cinayət Məhkəməsində (ICC) əlbəttə hakim var. İnsanlığa qarşı cinayət törətmiş şəxsin gəlişi gözlənilir. Ümid edirəm ki, müvafiq tədbirlər görüləcək”, - Tsaxiagiin bildirib.

 

Eks-prezidentin sözlərinə görə, belə bir addım “Monqolustana yaxşı reputasiya gətirəcək”.

 

Qeyd edək ki, 2023-cü ilin iyulunda Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Avropa İttifaqını Lukaşenkonun həbsi üçün BCM-dən order almağa çağırıb. Həmin ilin sentyabrında Avropa Parlamenti də eyni çağırışla qətnamə qəbul edib, lakin heç bir order verilməyib.

 

Banuçiçək Kalbalıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər