00:00:00
Yazar
Aysel Mirzəyeva
26.02.2026 21:05 24 2 dəq oxuma
Siyasət Özəl

Monteneqro və Şimali Makedoniya Prezidentləri Azərbaycana səfər edəcək

Monteneqro və Şimali Makedoniya Prezidentləri Azərbaycana səfər edəcək

Yakov Milatoviç və Qordana Silyanovska-Davkova Azərbaycana səfər edəcəklər. Səfərlər mart ayında baş tutacaq. Onlar Bakıda 12-14 mart tarixlərində keçiriləcək XIII Qlobal Bakı Forumunda iştirak edəcəklər.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Yakov Milatoviç və Qordana Silyanovska-Davkovanın Bakıda keçiriləcək Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana səfəri rəmzi jestdən daha artıq məna daşıyır:

 

“Azərbaycanın son illərdə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və çoxtərəfli diplomatiya platformaları vasitəsilə regional güc kimi mövqeyini möhkəmləndirməsi Balkan ölkələrinin xarici siyasətində də yeni hesablamalar yaradır. Monteneqro və Şimali Makedoniya kimi kiçik və açıq iqtisadiyyatlara malik dövlətlər üçün alternativ enerji və tranzit tərəfdaşları ilə əməkdaşlıq strateji diversifikasiya deməkdir. Xüsusilə Avropanın enerji arxitekturasında Azərbaycanın artan rolu Balkan paytaxtlarında Bakı ilə siyasi dialoqu dərinləşdirməyə marağı artırır. Bu, onların yalnız Brüssel mərkəzli deyil, daha çevik və çoxvektorlu diplomatiya yürütmək istədiklərini göstərir. Cənubi Qafqazda dəyişən geosiyasi balans Balkan dövlətləri tərəfindən daha çox sabitlik prizmasından qiymətləndirilir. Onlar regionda postmünaqişə mərhələsinin necə idarə olunacağını, kommunikasiya xətlərinin açılmasının iqtisadi nəticələrini və böyük güclər arasındakı rəqabətin hansı həddə qalacağını diqqətlə izləyirlər. Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliləməsi Cənubi Qafqazı risk zonasından tranzit və əməkdaşlıq məkanına çevirə bilər ki, bu da Balkan ölkələrinin maraqlarına uyğundur. Çünki həm Monteneqro, həm də Şimali Makedoniya regional inteqrasiya təcrübəsinə malikdir və bilirlər ki, siyasi sabitlik iqtisadi əlaqələrin əsas şərtidir. Bu baxımdan, onların Bakıya səfəri təkcə forum iştirakçılığı deyil, həm də yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın artan çəkisini yerində qiymətləndirmək cəhdidir”.


Nuray Əliyeva

#prezidentləri #yeni #edəcək #makedoniya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər