00:00:00
Yazar
Admin User
29.10.2025 14:10 333 2 dəq oxuma
Siyasət

“Moskva Brüsseli raketlə vuracaq” demək...

“Moskva Brüsseli raketlə vuracaq” demək...

 

“Rusiya Brüsseli raket zərbələri ilə vuracaq” kimi proqnozlarla müşayiət olunan bəyanatlar tamamilə reallıqdan uzaqdır və ciddi diqqətə layiq deyil.

 

Bu barədə Rusiyanın Belçikadakı səfirliyi bu ölkənin müdafiə naziri Teo Frankenin bəyanatına cavab olaraq bildirib.

 

Bildirilib, bu cür açıqlamalar tamamilə qeyri-normal davranışın və reallıqdan qopmanın göstəricisidir:

 

“Rusiyaya qarşı təkcə Ukrayna deyil, bütöv “kollektiv Qərb” mübarizə aparır. Nazirin sözlərindən aydın olur ki, Kiyev təkbaşına çoxdan məğlub olardı, lakin Qərb ölkələrinin dəstəyi münaqişənin uzanmasına imkan verir”.

 

Qeyd edək ki, daha öncə Teo Franken Moskvanı xəritədən silməklə bağlı sərt çıxışlar edib.

 

Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az” a açıqlamasında bildirib ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə hər iki ölkənin resurslarının tükənməsi mərhələsinə doğru gedir:

 

 “Yüzlərlə sərt bəyanat səslənsə də, hadisələrin dərin qatlarında hər iki tərəfin ciddi bir sülh arzusu hiss olunur.

 

Resursların tükənməsi dedikdə, yalnız hərbi deyil, həm də iqtisadi və demoqrafik resursların azalması nəzərdə tutulur. Bu müqayisə aparıldıqda aydın görünür ki, Avropa İttifaqının səyləri və NATO-nun dəstəyi olmasa, Ukraynanın resursları Rusiyaya nisbətən daha tez tükənə bilər. Rusiyanın bəyanatlarında da bu vəziyyətə dolayı şəkildə işarə olunur. Məsələn, Moskva Avropa İttifaqı və ya rəsmi Brüsseli hədəf aldığını deyərkən, əslində, NATO-nun qərarverici mərkəzini nəzərdə tutur.

 

Əslində, Rusiyanın qısa müddətdə və asanlıqla sülhə razı olması mümkündür. Buna görə də Rusiyanın Brüsseli bombardman etməsi kimi fikirlər real görünmür və mövcud şəraitdə mümkün deyil. Bu cür bəyanatlar daha çox siyasi ritorika xarakteri daşıyır”. 

 

Politoloq qeyd edib ki “kollektiv Qərb” ifadəsi də Rusiyanın yaratdığı terminologiyadır:

 

“Əslində isə Qərb ölkələri daha çox “ittifaq” anlayışı altında birləşirlər. Görünür, Rusiya “kollektiv Qərb” deyərkən Avropa İttifaqına üzv olmayan, lakin Qərb blokunun əsas güclərindən biri olan Böyük Britaniyanı da bu anlayışa daxil etmək istəyir.

 

Məsələnin miqyası və coğrafiyası nə olursa-olsun, fakt budur ki, Qərbin – o cümlədən Avroatlantika məkanının və ABŞ-nin – bu prosesdə birbaşa və ya dolayı şəkildə iştirakı var. Əgər ABŞ müharibənin əvvəlində Ukraynanı silahlarla pulsuz təmin edirdisə, bu gün Avropa ölkələri həmin silahları maliyyələşdirərək Ukraynaya ötürürlər. Yəni prosesin mahiyyəti dəyişsə də, Qərbin dəstəyi davam edir”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər