00:00:00
Yazar
Elmira Ağayeva
21.07.2026 21:56 39 1 dəq oxuma
Siyasət

Moskva ilə Qərb arasında diplomat savaşı davam edir”-ŞƏRH

“Moskva ilə Qərb arasında diplomat savaşı davam edir”-ŞƏRH

İtaliyanın Rusiyadakı hərbi attaşesi heç bir səbəb göstərilmədən ölkədən çıxarılıb.
Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində məlumat paylaşıb.


Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Ukraynaya qarşı cinayətkaar müharibə başladıqdan sonra Moskva ilə Qərb ölkələri arasında “diplomat savaşı” gedir:


“Rusiyalı diplomatların, xüsusilə hərbi attaşelərin açıq-aşkar kəşfiyyat fəaliyyəti göstərdikləri haqqında çoxsaylı faktlar var. Rusiyalı diplomatlar xüsusilə Qərbin Ukraynaya hərbi yardımı ilə bağlı sahədə tez-tez gündəmə gəlirlər. İtaliya ilə Rusiya arasında hərbi attaşelərin qarşılıqlı çıxarılması ilk olmadığı, son da olmayacaq. Bütün bu hadisələr heç şübhəsiz ki, diplomatik münasibətlərə mənfi təsir göstərir. Bu hadisənin NATO-Rusiya münasibətlərində gərginliyi daha da artıracağı ehtimal olunmur.Ümumiyyətlə, NATO-Rusiya münasibətləri hərbi qarşıdurma həddinə yaxınlaşdığı üçün münasibətlərin daha da gərginləşməsi ancaq hərbi toqquşma zamanı baş verə bilər”.

 

Nuray Əliyeva

#Rusiya #Qərb #NATO
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər