00:00:00
Yazar
Admin User
06.06.2024 16:06 328 1 dəq oxuma
Dünya

Moskva Litvanın Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasına cavab verib

Moskva Litvanın Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasına cavab verib

Moskva Litvanın Rusiyadan bir sıra kənd təsərrüfatı məhsullarının idxalını qadağan etmək qərarına cavab verəcək. "İnformator.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

O qeyd edib ki, bu qərar Vilnüsün Rusiya ilə ticarət-iqtisadi əlaqələri tamamilə kəsmək kimi destruktiv siyasətini davam etdirmək istəyindən xəbər verir.

 

 Diplomat Litvanın bu hərəkətini “ayağından vurulan güllə” adlandırıb.

 

Onun sözlərinə görə, bu, Vilnüsə xaricdəki havadarların razılığını qazanmağa kömək edə bilər, lakin ölkələr arasında iqtisadi əlaqələr dəyişməyəcək, çünki onlar artıq faktiki olaraq məhdudlaşdırılıb.

 

Qeyd edək ki, bundan əvvəl Litva Xarici İşlər Nazirliyi Rusiyaya zərbə endirilməsi məsələsinə baxmağa çağırıb. Ehtimal olunur ki, NATO ölkələri Ukraynaya öz ordusunu göndərəcək.

 

Banuçiçək Kalbalıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər