Moskva və Çerkesskdə səsvermə başladı
Abxaziya vətəndaşlarının vaxtından əvvəl prezident seçkilərində səs verməsi üçün distant səsvermə məntəqələri şənbə günü səhər saatlarında Rusiyanın Moskva və Çerkessk şəhərlərində açılıb.
Abxaziyada vaxtından əvvəl prezident seçkisi fevralın 15-də keçirilir. Beş namizəd prezidentlik uğrunda mübarizə aparır: Adqur Ardzinba, Robert Arşba, Oleq Barstsits, Badra Gunba və Adqur Hurxumal. Seçki günü Abxaziyanın 35 dairəsində ümumilikdə 152 səsvermə məntəqəsi açılıb.
Keçmiş prezident Aslan Bjaniya 19 noyabr 2024-cü ildə daxili siyasi böhran fonunda istefa verib. Vitse-prezident Badra Gunba prezident vəzifəsini icra edib və daha sonra namizəd kimi qeydiyyata alınıb. Yanvarın 10-da rəsmi namizəd olduqdan sonra o, məzuniyyətə çıxıb və onun yerinə əvvəl baş nazir vəzifəsini icra edən Valeri Bqanba prezident vəzifəsini icra edir.
Mənbə:ITAR TASS
Zəhra Məmmədova