00:00:00
Yazar
Admin User
22.10.2025 19:06 191 2 dəq oxuma
Siyasət

Moskva və Tehran yeni regional format axtarışında

Moskva və Tehran yeni regional format axtarışında

 

Rusiya Prezidenti Vladimir Putinin İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə göndərdiyi məktub iki ölkə arasında diplomatik fəallığın artdığını göstərir. Məktub Rusiya Prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Tehrana səfəri zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə təqdim edilib. Tərəflər regional sabitlik, təhlükəsizlik və münaqişələrin həlli istiqamətində əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "İnformator.az"a açıqlamasında bildirib ki, Putinin nümayəndə heyətinin Tehrana göndərilməsi Moskvanın İranla münasibətləri yeni mərhələyə keçirmək istəyi ilə bağlıdır:

 

"İran və Rusiya arasında stratejik tərəfdaşlıq illərdir davam edir və tərəflər də növbəti mərhələdə müttəfiqliklə bağlı müqavilə imzalayıblar, amma biz görürük ki, Rusiya da öz maraqları çərçivəsində İranı Qərbin ayaqlarına verir. Müharibədə biz gördük ki Rusiya neytral qalıb, bu məsələdə İrana lazımi köməkliyi etməyib. Amma İran Rusiyaya Ukrayna müharibəsində kifayət qədər hərbi köməkliklər edib. İndi Putinin məktub verməsi, nümayəndə heyəti iıə görüş, Tehrana səfər-Rusiya istəyir ki, İranla əməkdaşlığı yeni mərhələyə daşısın. Çünki Ermənistanla Azərbaycan arasında münasibətlər formalaşır, Cənubi Qafqazda Zəngəzur dəhlizi reallaşır. Bu proseslər həm İranda, həm də Rusiyada müəyyən təsir yaradacaq. Onların sinxron hərəkəti təbii ki, Yaxın Şərqdə və Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönələcək".

 

Ekspert əlavə edib ki, Rusiya və İran tarixi baxımdan çox zaman eyni mövqedə olub:

 

“Bu iki ölkə daim eyni istiqamətdə hərəkət edib, çox vaxt Azərbaycan və Türk dünyası əleyhinə mövqe nümayiş etdiriblər. Ona görə də indi hər iki ölkənin yeni əlaqələr qurması və bu münasibətləri müxtəlif regional qurumlarda genişləndirməsi sabitlik üçün təhdid yarada bilər. Məktub mübadiləsinin əsas strateji məqsədi Qərbin regiondakı təsirini məhdudlaşdırmaqdır. Ümumiyyətlə, strateji məqsədlər ondan ibarətdir ki, Qərbin regionda davam edən siyasətinin qarşısı alınsın. Rusiya və İran bu baxımdan ortaq mövqedən çıxış etməyə çalışır. Bu əməkdaşlıq, xüsusilə Cənubi Qafqaz və Yaxın Şərqdə qüvvələr balansına birbaşa təsir göstərə bilər".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər