Moskva Zelenskinin seçki açıqlamasını müzakirə etməyib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva hələ Vaşinqtonla Ukrayna Prezidenti Vladimir Zelenskinin seçkiyə hazır olması barədə açıqlamasını müzakirə etməyib. Bu barədə RİA Novosti və RBC məlumat yayıb.
“Hələ heç kəslə müzakirə etməyə vaxt çatmayıb. Bəyanat kifayət qədər yenidir. Bu, uzun müddət Prezident Putin tərəfindən, həmçinin bir qədər əvvəl Prezident Tramp tərəfindən də deyilib. Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini görəcəyik”, - deyə Peskov bildirib.
O əlavə edib ki, Rusiya Ukraynada atəşkəs yox, davamlı sülh üzərində işləyir:
“Biz davamlı, təmin edilmiş və uzunmüddətli sülh üçün çalışırıq, bunun üçün müvafiq sənədlərin imzalanması prioritetdir”.
Peskov həmçinin bildirib ki, Kremlin diqqətlə Politico jurnalına verilmiş Trampın müsahibəsini, xüsusilə Rusiyaya və Ukrayna tənzimləməsinə aid hissəsini oxuduğunu.