00:00:00
Yazar
Admin User
12.09.2025 16:36 115 2 dəq oxuma
Siyasət

Moskvaya qədər gələn dronlar: Sobyaninin etirafı və yaranan suallar

Moskvaya qədər gələn dronlar: Sobyaninin etirafı və yaranan suallar

Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri paytaxta yönəlmiş yeddi pilotsuz uçuş aparatını məhv edib. Hadisə üç mərhələdə baş verib və bütün dronlar zərərsizləşdirilib.

 

Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, ilk olaraq, 1987-ci ili xatırlatmaq istəyirəm:

 

"1987-ci ilin 28 may tarixində Madias Rust adlı alman əsilli 19 yaşında bir gənc özünün konstruksiya etdiyi bir idman təyyarəsi ilə Almaniyadan Sovet İttifaqına qədər uçub, Sovet sərhədini keçib və hətta Qızıl Meydana gələrək düz Leninin mavzoleyi qarşısında enib. O dövrdə bu hadisə Sovet idarəçiliyində çox ciddi şok effekti yaradıb, hava hücumundan müdafiə sistemlərinin zəifliyini üzə çıxarıb. Hətta həmin vaxt Müdafiə naziri də daxil olmaqla rəhbərlik cəzalandırılıb, istefalar verilib".

 

Politoloq əlavə edib ki, Ukrayna dronlarının Moskvaya qədər uçması da Rusiyanın hava hücumundan müdafiə sisteminin zəifliyini göstərir:

 

"Əgər Rusiyanın bu cəhətdən gücü olsaydı, həmin dronlar heç sərhədi keçməzdi. Amma görürük ki, nəinki sərhədi keçib, hətta Moskvaya qədər gəlib çıxırlar. Sergey Sobyanin birinci növbədə bu açıqlaması ilə Rusiya hava hücumundan müdafiə sisteminin zəifliyinə diqqət çəkir, eyni zamanda Ukrayna dronlarının effektivliyini vurğulayır.

 

Belə olduğu halda mütləq tədbir görülməlidir ki, bu dronlar paytaxta qədər çatmasınlar. Əks halda onlar Kremli, prezident iqamətgahını və strateji obyektləri də hədəfə ala bilərlər. Artıq Rusiya neftayırma zavodlarına edilən hücumlar nəticəsində ölkədə benzin qıtlığı müşahidə olunur, ictimaiyyət psixoloji təsir altındadır.

 

Bütün bunlar Rusiya rəhbərliyi və ordusunun ruhdan düşdüyünü göstərir. Bu şəraitdə müharibə necə davam edəcək, Rusiya nə əldə etməyə çalışır, dünya ilə təcrid vəziyyətində müharibəni davam etdirmək mümkündürmü – bütün bunlar böyük sual altındadır. Sobyaninin açıqlaması müharibədə ciddi dəyişikliklərin ola biləcəyinə işarədir".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər