Mqer Qriqoryan Şahin Mustafayevlə "Tramp marşrutu"nu müzakirə edib
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın parlamentdə səsləndirdiyi “Tramp marşrutu” (TRIPP) və “konstruktiv təmaslar” ifadələri regionun geopolitik gündəminə yenidən sərhəd delimitasiyası məsələsini çıxardı. Sentyabr ayında Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu prosesin praktik mərhələyə keçdiyini göstərsə də, tərəflərin mövqeləri hələ də tam uyğunlaşmayıb. Sülh sazişi, sərhədin dəqiqləşdirilməsi və regional güc balansı arasında sıx bağlılıq müşahidə olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi, politoloq Əziz Əlibəyli bildirib ki, bölgədə reallıqlar tez-tez dəyişir,çünki xeyli qlobal aktrlar var ki, bu bölgə üçün əsaslı şəkildə sahibi olur.
“Hazırda Ermənistanda da vəziyyət gərgindir. Bu mənada hesab edirəm ki,tezliklə mövqelərin uzlaşdırılması və yekun nəticənin əldə olunmasına ehtiyac var. Bu o qədər də asan deyil,çünki əsas maneələr: logistika və kommunikasiya məsələləridir. Məlumdur ki, Ermənistanın bunla bağlı planı yoxdur, müəyyən qədər vəsait ayırmayıb. İkinci önəmli məsələ isə bizim onlarda torpaqlarımız var. Bu torpaqlarımızın, kəndlərimizin geri qaytarılması təmin olunmalıdır. Ermənistan indiki vəziyyətdə o torpaqları qaytarmağa hazır deyil. Geniş aspektdən baxsaq düşünürəm ki, daha gərgin mühit bu ərazilərin qaytarılması ilə bağlı olacaq”.
Ədilə Hüseynzadə
