00:00:00
Yazar
Admin User
16.11.2025 13:12 147 1 dəq oxuma
Siyasət

Mərkəzi Asiya və Azərbaycan XİN-ləri İslam Sivilizasiyası Mərkəzində

Mərkəzi Asiya və Azərbaycan XİN-ləri İslam Sivilizasiyası Mərkəzində

Mərkəzi Asiya ölkələri və Azərbaycan XİN-ləri Özbəkistanın paytaxtı Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov “X” sosial şəbəkəsində yazıb.

 

O vurğulayıb ki, Mərkəz regionun ən mühüm mədəni və təhsil layihələrindən biridir.

 

“Bu möhtəşəm mərkəz xalqlarımızın əsrlər boyu bütün İslam dünyasında elm, fəlsəfə, incəsənət və ilahiyyatın inkişafına verdiyi töhfələri özündə cəmləşdirən misilsiz intellektual irsi təcəssüm etdirir. Bizim səfərimiz bir daha xatırlatdı ki, biz yalnız ortaq tarix deyil, həm də ortaq gələcəyi bölüşürük. Mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ümumi sivilizasiya irsimizin təbliği regional əməkdaşlığın əsas dayaqları olaraq qalır”, - B. Saidov qeyd edib.

 

Qeyd edək ki, bu gün Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məsləhətçi görüşü keçirilib. Görüşdə Azərbaycanın formatın tamhüquqlu iştirakçısı olması barədə qərar qəbul olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər