00:00:00
Yazar
Admin User
25.08.2025 10:54 119 1 dəq oxuma
Dünya

Mərkəzi Bankda yeni təyinat olub

Mərkəzi Bankda yeni təyinat olub

Mərkəzi Bankın Tədqiqatlar departamentinə yeni direktor təyin olunub.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, vəzifə Tahirova Gülzar İslam qızına həvalə olunub.

 

Xatırladaq ki, O, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinin bakalavr, 1998-2000-ci illərdə magistr pillələrini bitirib. 2011-ci ildən iqtisadiyyat üzrə fəlsəfə elmləri doktorudur.


Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində olan İqtisadi İslahatlar Mərkəzində başlayıb. 2000-ci ildən əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi olaraq davam edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər