00:00:00
Yazar
Admin User
25.08.2025 10:03 105 1 dəq oxuma
Dünya

Mərmərə adasında meşə yanğını

Mərmərə adasında meşə yanğını

 

 

Balıkəsir vilayətində Mərmərə adasında meşəlik ərazidə yanğın baş verib. Yanğınsöndürənlər alovu nəzarət altına alıblar. Naməlum səbəbdən, Mərmərə adasında Yeni Mahallenin yuxarı hissəsindəki makilər ərazisində yanğın çıxıb. Qurudan meşəlik sahəyə doğru yayılan alovlara Balıkesir Meşə Region Müdirliyi, xilasetmə qrupları və Marmara Adalar Bələdiyyəsi qrupları müdaxilə edib.

 

Avşa adasından və Erdekdən gəmilərlə yanğın nəzarət altına alınıb, Mərmərə adasına isə bir su tankeri və yanğınsöndürmə maşını gətirilib. Komandalar ərazidə işlərini davam etdirir.

 

TRT xəbər
Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər